Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür
Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.
H.Heydərov bildirib ki, 2015-ci ildə 26 min 916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir:
“2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə qanun qəbul edilib. 2015-ci ildə 26 min 916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir. Bu rəqəm isə bir faizdən azdır. 12 ildən artıq bir müddətdə insan alveri ilə bağlı 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi məsuliyyətə cəlb edilib. 761 insan alveri qurbanı müəyyən edilərək cəmiyyətə inteqrasiya edilib".
Gülşən RAUFQIZI