Modern.az

“Metro Park”a bomba qoyulduğunu deyən şəxs tutuldu

“Metro Park”a bomba qoyulduğunu deyən şəxs tutuldu

12 İyun 2017, 11:01

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN)  102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?