Modern.az

Qətərin maliyyə nazirindən XƏBƏRDARLIQ: “Onlar da uduzur”

Qətərin maliyyə nazirindən XƏBƏRDARLIQ: “Onlar da uduzur”

12 İyun 2017, 12:12

Qətər Əmirliyinin Maliyyə naziri Əli Şərif Əl-Əmadi, ərəb ölkələrinin rəsmi Dohaya qarşı təzyiqlərindən danışıb.

O bildirib ki, bu embarqolardan təkcə özləri yox, həm də sanksiya tətbiq edən ölkələrin zərər çəkəcəyini bildirib.

 

Modern.az xarici KİV-nə istinadla bildirir ki, nazir bu barədə “CNBC” kanalına açıqlama verib.

“İnsanların çoxu düşünür ki, bu hadisələrdə itirən tərəf təkcə Qətər olmayacaq. Əgər biz 1 dollar uduzsaq, onlar da 1 dollar uduzacaq”.

Maliyyə naziri ölkəsinin iqtisadiyyat və pul vahidini, bəzi ərəb ölkələrinin tətbiq etdiyi sanksiyalardan rahatlıqla qoruya biləcəyini bildirib.

 

Məcid Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?