Modern.az

Tovuz sakini ad günündə döyülüb

Tovuz sakini ad günündə döyülüb

12 İyun 2017, 23:19

Tovuzda döyülmə faktı qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzqırığlı kəndində törədilib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əli Seyidov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Ə.Seyidovun dediyinə görə, o, tanışları tərəfindən ad günü məclisində döyülüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?