Modern.az

Qətər Cibutidən qoşunlarını çıxarıb

Qətər Cibutidən qoşunlarını çıxarıb

13 İyun 2017, 15:51

Diplomatik təcridlə üzləşən Qətər öz qoşunlarını Cibuti və Eritreya sərhəddində yerləşən hərbi kontingentini geri çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Doha iki ölkə arasında oynadığı vasitəçi missiyasından da imtina edib.

 

İyunun 7-də Cibuti digər ölkələrə həmrəylik əlaməti olaraq Qətərlə diplomatik münasibətlərinin səviyyəsini endirəcəyini elan etmişdi.

 

Cibuti və Eritreya arasında ərazi münaqişəsi 2008-ci ildə baş verib və 3 gün davam edib. 2010-cu ildə Qətərin vasitəçiliyi ilə tərəflər sülh razılaşması əldə edib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?