Modern.az

Bakıda növbəti “hicab” aksiyası...

Bakıda növbəti “hicab” aksiyası...

6 May 2011, 11:57


Bu gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirilir. Saat 11.00 radələrindən nazirliyin qarşısına gələn 100-ə yaxın gənc «Hicaba azadlıq!», «Allahu Əkbər!» şüarları səsləndirirlər. Modern.az “Azadlıq” radiosuna istinadən bildirir ki, polis aksiyanı dağıtmağa çalışır. Şüar səsləndirənlərdən bir neçəsini polis saxlayıb. Səhər saatlarından Nazirliyin ətrafında polis qüvvəsi gücləndirilib. Aksiya başlayandan sonra əraziyə əlavə polis qüvvəsi cəlb olunub.

Modern.az-a daxil olan məlumatlara görə, bu günkü aksiya Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq təşkil edilib. Təhsil Nazirliyinin qarşısına toplaşan aksiyaçılar  "hicaba azadlıq!", "biz zülm etmərik zülmə boyun əymərik!", "Misir istefa!" şüarları səsləndiriblər. Əraziyə çox sayda polis qüvvələri aksiyanı dağıdıblar. Bir neçə nəfərin ciddi xəsarət alıb. Hazırda askiya davam edir.
Aksiyaya gələn qadınların həbs edilməsinə dindarlar imkan verməyib və xanımlar ərazidən uzaqlaşıblar. Çox sayda polis qüvvəsi aksiya iştirakçılarını qruplara bölərək həbs etməyə başlayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir