Modern.az

Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü

Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü

Aktual

24 İyun 2017, 09:46

Bu gün səhər saatlarında Beləqan rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza Beyləqan rayonu, İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində baş verib.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar