Modern.az

Ordumuzun yubiley medalı kimlərə veriləcək...

Ordumuzun yubiley medalı kimlərə veriləcək...

Aktual

24 İyun 2017, 10:26

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar “1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Bu barədə prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.

Modern.az-ın
məlumatına görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur.

Bəs yubiley medalı kimlərə veriləcək?

Qanuna təklif edilən əlavə sənədinə görə, yubiley medalına Silahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında müzakirə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü