Modern.az

Erməni hərbçilər qəzaya düşdülər - 14 yaralı

Erməni hərbçilər qəzaya düşdülər - 14 yaralı

24 İyun 2017, 11:47

Bu gün səhər saatlarında Ermənistanın Qeqarkunik vilayətində ağır yol qəzası baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinə məxsus hərbi avtobus aşıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 14 hərbçi xəsarət alıb. Yaralılar Vardenis hospitalına yrləşdiriliblər. Qəza baş verən zaman avtobusda 30 hərbçi olub.

Daha sonra ağır vəziyyətdə olan hərbçilərdən 8-i Yerevamdakı Mərkəzi hospitala aparılıb.

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı