Modern.az

Gəncədəki “İmamzadə” ziyarətgahında iftar süfrəsi açılıb - FOTO

Gəncədəki “İmamzadə” ziyarətgahında iftar süfrəsi açılıb - FOTO

24 İyun 2017, 13:16

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərilməsi, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İmamzadə” Dini Kompleksinin mərasim zalında iftar süfrəsi açılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar mərasimində iştirak edib. Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın, Qurani-Kərimin Ramazan ayında göndərilməsi də şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir.

İcra başçısı mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyib. Həmçinin göstərilən diqqqətə görə ölkə başçısına minnətdarlığını ifadə edib. Bildirib ki, dövlətimizin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, müqəddəs Ramazan ayı insanın əxlaqi davranışını tənzimləyir, qeybətdən, yalandan çəkindirir. Bu cür tərbiyəvi məziyyətlərinə görə də Ramazan ayına 11 ayın sultanı deyirlər. Bəşəriyyəti birliyə, eyni masa ətrafında səmimiyyətə səsləyən Ramazan ayı dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin hələ uzun qərinələr belə nəsil-nəcabətlərinin əməllərində yaşayacaq, islami dəyərlərin böyüklüyünün, qüdrətinin təbliği və təsdiqi ən vacib əməl kimi onların əsas qayəsi olacaq.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir