Modern.az

Bir qrup zabitə “polkovnik” rütbəsi verildi

Bir qrup zabitə “polkovnik” rütbəsi verildi

Aktual

24 İyun 2017, 16:32

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir gprkəmli siyasi xadim Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

 

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

 

 Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır