Modern.az

Aygün Kazımova: “Azərbaycanda bunu hələ heç kim etməyib, mən edəcəm”

Aygün Kazımova: “Azərbaycanda bunu hələ heç kim etməyib, mən edəcəm”

Aktual

24 İyun 2017, 17:01

Estradamızın məşhur siması Aygün Kazımova Bodrumdan vətənə dönüb. 

Modern.az xəbər verir ki, Aygün Kazımova rəsmi "Instagram" hesabından canlı bağlantı edərək, onu izləyənlərin suallarını cavablandırıb və xeyli müddətdir hazırlaşdığı "Beynəlxalq layihəsi"dən söhbət açıb.

 

"Həyatımın konsertinə hazırlaşıram.  Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm".

 

Qeyd edək ki, bu il xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Bu münasibətlə o, sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərindədünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser vədigər peşəkar işçi heyəti Bakıya gələcək. 

 

Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir