Modern.az

Jurnalist Aida Eyvazlının kitabına təqdimat keçirildi - FOTOLAR

Jurnalist Aida Eyvazlının kitabına təqdimat keçirildi - FOTOLAR

Aktual

24 İyun 2017, 17:54

Bu gün Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış araşdırmaçı, publisist jurnalist Aida Eyvazlının "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının birinci cildinin təqdimatını keçirilib.


APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədr müavini Ülvi Mehdiyev "ASAN könüllüləri"nin vətənpərvərlik mövzusuna daim diqqət yetirdiklərini, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Ü. Mehdiyev, həmçinin, aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.

 

Daha sonra çıxış edən Aida Eyvazlı kitabda aprel döyüşlərində şəhid olmuş 45 qəhrəmanın həyat salnaməsinin öz əksini tapdığını vurğulayıb. A. Eyvazlı eyni zamanda bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha düşmənə göstərib.


Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alıyeva çıxışında aprel döyüşlərinin Azərbaycan ordusunun qələbəsinin başlanğıcı olduğunu və qısa zamanda ordumuzun işğalda olan bütün torpaqlarımızı azad edəcəyini qeyd edib.

 

Tədbirin sonunda A. Eyvazlı müəllifi olduğu kitabı "ASAN könüllüləri"nə təqdim edib.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır