Modern.az

Taekvando Federasiyasının vitse-prezidenti beynəlxalq qurumun icraiyyə komitəsinin üzvü seçildi  

Taekvando Federasiyasının vitse-prezidenti beynəlxalq qurumun icraiyyə komitəsinin üzvü seçildi   

24 İyun 2017, 20:32

Koreya Respublikasının Muju şəhərində Dünya Taekvando Federasiyasının növbəti Baş Assambleyası keçirilib. Toplantında Azərbaycanı ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev təmsil ediblər.

Azərbaycan Taekvando Federasiyasından (ATF) Modern.az-a bildirilib ki, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdakı yarışlara ev sahibliyi məsələləri müzakirə olunub.

Tədbirdə qurumun komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-in prezidenti seçilib. Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvando birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alıblar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

ATF-in vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən Avropa Taekvando Birliyinin icraiyyə komitəsinə üzv seçilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir