Modern.az

Kəlbəcərdən olan məcburi köçkün zəhərlənərək ölüb

Kəlbəcərdən olan məcburi köçkün zəhərlənərək ölüb

25 İyun 2017, 15:16

Gəncədə ölüm hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən məlumatına görə, Kəlbəcər rayon sakini, Gəncənin Gülüstan qəsəbəsində yaşayan,  1987-ci il təvəllüdlü Orucov Murad İlqar oğlu ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Məlumata görə M. Orucov ötən gecə işdən evə qayıdan zaman yolda yağda bişirilmiş peraşki yeyib. Gecə özünü pis hiss edən M. Orucova tibbi yardım göstərilsə də, bu gün səhhəti pisləşib və o xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi