Modern.az

“...məsuliyyət daşımağa hazıram”

“...məsuliyyət daşımağa hazıram”

25 İyun 2017, 16:39

İyunun 23-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) şikayəti əsasında Baş Prokurorluğa çağırılan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin səri, hüquqşünas Əkrəm Həsənov kütləvi informasiya vasitələrinə açıqlama verib-verəməyəcəyilə bağlı Modern.az-a danışıb.

 

Hüquqşünas aldığı xəbərdarlıqdan sonra mətbuata açıqlama verməsilə bağlı hər hansı qadağa qoyulmadığını bildirib:

 

“Əsas Palatanın İdarəyə şikayəti idi. Palata da 4 bankın haqqımdakı şikayətinə əsaslanırdı. Guya çıxışlarımla həmin bankların və bütövlükdə bank sisteminin nüfuzuna xələl vururam. Mən də dedim ki, tutaq ki, lap belədir, burada korrupsiya əməli yoxdur axı, məhkəməyə versinlər də. Dedilər ki, hər bir halda dövlət qurumu müraciət edib deyə İdarə də reaksiya verməli idi. Mənə sadəcə xəbərdarlıq etdilər ki, əsassız və sübutsuz fikirlərim banklara zərər vursa, buna görə məsuliyyət daşıyacağam. Mən də dedim ki, indiyədək də əsassız və sübutsuz heç nə deməmişəm, bundan sonra da deməyəcəm, dediklərimi sübut etməyə və onlara görə məsuliyyət daşımağa hazıram. İdarənin əməkdaşları da xüsusilə vurğuladılar ki, heç kəs mənim söz azadlığımı məhdudlaşdırmaq fikrində deyil”.

Ə.Həsənov fəaliyyətini əvvəlki qaydada davam etdirəcəyini vurğulayıb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir