Modern.az

Prezident və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdılar 

Prezident və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdılar 

25 İyun 2017, 20:05

Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir