Modern.az

Gənc Hüquqşünaslar Birliyinin sədri məşhur Nottingem Universitetində olub

Gənc Hüquqşünaslar Birliyinin sədri məşhur Nottingem Universitetində olub

9 May 2011, 11:42

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) Mətbuat Xidmətinin məlumatına əsasən  2011-ci ilin May ayının 6-da Böyük Britaniyanın məşhur Nottingem Universitetinin Hüquq Fakultəsinin nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Mərkəzi tərəfindən Nottingem şəhərində təşkil edilmiş “Avropada terrorizmə qarşı mübarizə və insan hüquqları” mövzusunda konfransda AGHB-nin sədri Elmari Məmişov iştirak edib.
Həmin tədbirdə bir çox Avropa ölkəsi nümayəndələri öz ölkələrində terrorizmə qarşı mübarizənin hüquqi çərçivələri barədə fikir mübadiləsi aparıb. AGHB sədri Elmari Məmişov Azərbaycan nümayəndəsi olaraq bu müzakirələrdə iştirak edib və Avropalı kolleqaları ilə informasiya ilə bölüşmək imkanına malik olub. 
Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi nəticəsində baş tutub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir