Modern.az

“Sosium” QHT koalisiyasının toplantısı keçirilib

“Sosium” QHT koalisiyasının toplantısı keçirilib

9 May 2011, 11:52


“Sosium” QHT koalisiyası ünvanlı dövlət sosial yardım müavinətlərinin çatımlılığını müzakirə edib. Koalisiyanın mayın 7-də keçirilən toplantısında Müvəkkil Hüquq Mərkəzinin koalisiya üzvlərinin müzakirəsinə təqdim etdiyi “Bakı Şəhərində vətəndaşların ünvanlı dövlət sosial yardım müavinətlərinin çatımlılığının monitorinqinə dair hesabatı” müzakirə olunub.

Hesabat haqqında Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov məlumat verib. Hesabat müəllifi qeyd edib ki, monitorinq əsasən 3 istiqamət üzrə aparılıb.

İnformasiya təminatı;
Qanunvericilik təminatı;
Bakı şəhərinin 11 rayonu üzrə monitorinqlər.

Hesabatla bağlı koalisiya üzvləri Telman Dadaşov,  Əli Quliyev, Şərqiyyə Dadaşova, Əlövsət Sadıqlı və Cəsarət Hüseynzadə öz mövqelərini bildirib. Koalisiya üzvlərinin suallarına layihənin rəhbəri Səməd Vəkilov, monitorinq qrupunun üzvləri Sevinc Bayramova və Nabat İsgəndərova cavab veriblər.

Sonda qərara alınıb ki, koalisiya üzvləri hesabatla bağlı təşkilat daxili müzakirələr aparıb hesabatın təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini versinlər. Yekun variant hazırlanaraq ictimai müzakirəyə çıxarılsın.

Sonda təşkilatı məsələlərə baxılıb. “Tərəqqi Sosial İnkişaf” ictimai birliyinin rəhbəri Telman Dadaşovun təklifi ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək ictimai birliyinin koalisiyaya qəbulu məsələsinə baxılıb və məsələ müsbət qiymətləndirilib. Təşkilatın rəhbəri Esmira Orucova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib və koalisiya üzvlüyünə qəbula görə təşəkkürünü bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər