Modern.az

Əmioğlu əmisioğlunu döyərək qətlə yetirib

Əmioğlu əmisioğlunu döyərək qətlə yetirib

9 May 2011, 16:05


Gəncə şəhərində əmioğlu əmisioğlunu döyərək qətlə yetirib. Hadisə Eminbəyli küçəsi 6-cı dalan, ev 7-də baş verib.
Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov Modern.az-a bildirib ki, mayın 7-də Gəncə şəhər prokurorluğuna şəhər sakini Siyavuş Məmmədovun yaşadığı evdə döyülərək qətlə yetirilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumata əsasında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən mərhumun əmisi oğlu Ramin Məmmədov yaxalanıb. Məlum olub ki, axşam saat 23.00 radələrində 25.09.1978-ci il təvəllüdlü Məmmədov Rəşad Zülfiqar oğlu əmisi oğlu, 01.05.1957ci il təvəllüdlü Məmmədov Siyavuş Müzəffər oğlunu yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı bədəninin müxtəlif yerlərinə zərbələr vurmaqla döyüb. Siyavuş Məmmədov almış olduğu bədən xəsarətlərindən ölüb.

Ramin Məmmədov isə isitintaqa bildirib ki, mübahisə zamanı Siyavuş Məmmədov ona qarşı təhqiredici ifadələr işlədib, o isə mərhumu döyərək evdən gedib. Siyavuş Məmmədov başından aldığı zədələr nəticəsində hadisə yerindəcə  keçinib. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.


Xaliq Qurbanov
Gəncə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı