Modern.az

«Azərbaycan Xankəndinə uçuşlara yol verməyəcək»

«Azərbaycan Xankəndinə uçuşlara yol verməyəcək»

9 May 2011, 16:17

«Xankəndi şəhərində hava limanına qanunsuz uçuşlarla bağlı rəsmi Bakının etirazlarına Ermənistan tərəfi hələ də cavab verməyib».

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov məlumat verib.

Amma o deyib ki, Azərbaycanın bəyanatlarından sonra ermənilər Xankəndinə mayın 9-a planlaşdırılan uçuşları təxirə salıblar:

«Bizim verdiyimiz bəyanatlar qüvvəsində qalır. İstər yay mövsümündə olsun, istərsə də sonrakı aylarda, Xankəndinə uçuşlara yol verilməyəcək. Ora Azərbaycan ərazisidir və Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı müvafiq tədbirlər görüləcək».

Ermənistan tərəfi Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa edib. Mayın 9-da Yerevandan Xankəndinə ilk uçuşlar planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək uçuşlar təxirə salınıb.

Azərbaycan tərəfi işğal altındakı ərazilərə istənilən uçuşların qarşısının alınacağını, hətta əraziyə uçan təyyarələri məhv edəcəyini bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir