Modern.az

Prezident veteranlara daha 200 min manat ayırdı

Prezident veteranlara daha 200 min manat ayırdı

9 May 2011, 18:12

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasına Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 (iki yüz min) manat vəsait ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin edəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir