Modern.az

Milli Məclisin deputatları Türkiyənin Sabançı və Okan Universitetlərində olublar

Milli Məclisin deputatları Türkiyənin Sabançı və Okan Universitetlərində olublar

Parlament

10 May 2011, 11:16

Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Məclisnin deputatları Məlahət İbrahimqızı və Flora Qasımova Türkiyənin İstanbul şəhərində Sabançı və Okan universitetlərində olublar. Millət vəkilləri bu ali təhsil müəssisələrinin iş prinsipi ilə tanış olblar. Sabançı Universitetində məlum oldub ki, burada təhsil alan tələbələrə təhsil aldıqları müddətdə Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq etmədikləri təqdirdə diplom verilmir.
Bunu universitetin genel sekretarı Haluk Bal deyib. Məlum olub ki, Sabançı Universitetinin məzunlarının Azərbaycanda Mərkəzi Bank və Azərbaycan Sənaye Bankı ilə əməkdaşlığı var. Azərbaycanlı heyəti ilə görüşdə əməkdaşları Ebru Koç məzunlarının işlə təmin olunmasında universitetin ciddi çaışıdığını və ötən illər məzunların 95 faizinin işlə təmin olunduğunu dilə gətirib.
Okan Universitetinin rektoru bildirib ki, Azərbaycana çox böyük önəm verirlər. O, qeyd edib ki, 50 ölkənin 300 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edirlər və tələbə mübadləsi aparırlar.
Məlahət İbrahimqızı son 20 ildə Türkiyədə təhsilin sürətlə inkişaf etdiyini qeyd edərək bundan Azərbaycan gəncələrinin də yararlandığını bildirib.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı