Modern.az

Sınaq imtahanlarının cavabları açıqlanacaq

Sınaq imtahanlarının cavabları açıqlanacaq

Təhsil

10 May 2011, 12:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il mayın 8-də növbəti sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, imtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb. Bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulub.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərmələklə imtahan nəticələrini öyrənə bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir