Modern.az

Deputat Musa Qasımlı: "İndiyədək seçicilərdən 74 məktub almışam"

Deputat Musa Qasımlı: "İndiyədək seçicilərdən 74 məktub almışam"

Parlament

10 May 2011, 12:24


“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin təşkilatçılığı ilə 42 saylı Sumqayıt II seçki dairəsindən millət vəkili seçilmiş Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı ilə gənclərin görüşü keçirilib.
Birliyin rəhbəri Ramil Zeynallıdan aldığımız məlumata görə, “Deputat-vətəndaş əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, aparıcı və fəallığı ilə seçilən gənclər təşkilatlarının nümayəndələri iştirak edib.     

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan R. Zeynallı əsas məqsədlərinin vətəndaş cəmiyyəti quruculuğunda icmaların fəallığının artırılmasına, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına yardım göstərməkdən ibarət olduğunu bildirib.  Bu sahədə gənclər təşkilatlarının birgə fəaliyyətini zəruriliyini önə çəkən birlik rəhbəri artıq müəyyən irəliləyişlər olduğunu qeyd edib.

Hazırda deputat-vətəndaş əməkdaşlığı sahəsində Azərbaycanda real vəziyyətin  qənaətbəxş olmadığını deyən R. Zeynallı bu halın aradan qaldırılması istiqamətində bir sıra kompleks tədbirlərin həyata keçirilməsini zəruri oduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O,bu cür tədbirlər sırasında vətəndaşların parlament və deputatların fəaliyyəti barədə məlumatlandırılması, deputat-vətəndaş əməkdaşlığının gücləndirilməsi istiqamətində sistemli işlərin aparılması xüsusi yer tutduğunu vurğulayıb:
“Parlamentin fəaliyyətində şəffaflığın təmin olunması vətəndaşlarla millət vəkilləri arasında davamlı əməkdaşlıqdan xeyli dərəcədə asılıdır. Təcrübə göstərir ki, bu əməkdaşlıq qarşılıqlı inamın və etimadın gücləndirilməsi, ictimai təşəbbüskarlığn artırılması və vətəndaşların qərarların qəbul edilməsi prosesinə cəlb edilməsində mühüm yerlərdən birini tutur. Məhz bu səbədən də bizim təşkilat bu qəbildən silsilə tədbirlərin keçirilməsini planlayıb”.

Millət vəkili Musa Qasımlı indiyədək ona 74 məktubun ünvanlandığını bildirib.  O, ünvanlanan məktublarla bağlı şəxsən məşğul olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.  Sumqayıtda mövcud olan problemlərinin həllinin daim diqqət mərkəzində saxladığını deyən millət vəkili ötən müddət ərzində seçicilərlə 5 görüş keçirdiyini deyib. Onun sözlərinə görə, ötən müddət ərzində 20 nəfərin işlə təmin olunmasına, qeydiyyat məsələri və şəxsiyyət vəsiqələrini alınması ilə bağlı bir sıra problemlərin həllinə və 1 nəfərin müalicəsinin təşkilinə kömək edib. Bu tipli görüşlərin keçirilməsini yüksək qiymətləndirən millət vəkili, seçicilərin problemlərinə biğanə qalmadığını və bundan sonra da fəaliyyətində əməkdaşlığın qurulmasına xüsusi diqqət ayıracağını vurğulayıb.

Daha sonra görüş iştirakçıları millət vəkililinə suallar veriblər.  Deputata əsasən təhsil sistemində mövcud olan çatışmazlıqlar, gənclərin mənzil təminatı, pensiya təminatı, işsizlik, sumqayıtlı tələbələrə müəyyən nəqliyyat  güzəştlərinin edilməsi və digər sosial problemləri əhatə edən suallar ünvanlayıb. Sualları cavablandıran M.Qasımlı mövcud olan problemlərin həllinə səlahiyyəti çərçivəsində yardım edəcəyini bildirib.

Sonda Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov görüşün təşkilatçıların öz minətdarlığını bildirdi və belə təşəbbüsləri yüksək qiymətləndirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir