Modern.az

Bir həftədə 25 yol-nəqliyyat hadisəsi 6 nəfərin ölümüylə nəticələnib

Bir həftədə 25 yol-nəqliyyat hadisəsi 6 nəfərin ölümüylə nəticələnib

Təhsil

10 May 2011, 12:43

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 1-dən 7-dək respublika ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb. DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, tədbir ərzində piyadaların vurulması ilə nəticələnən 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb, 21 nəfər yaralanıb.
1 piyadanın ölümü, 13-ün yaralanması ilə nəticələnən qəzalardan 12-si paytaxtda, 5 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən 13  yol-nəqliyyat hadisəsi isə respublika rayonlarında qeydə alınıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır