Modern.az

Bakıda 18 nömrəli marşrutun istiqaməti dəyişdirildi

Bakıda 18 nömrəli marşrutun istiqaməti dəyişdirildi

30 İyun 2017, 15:00

Əvvəlcədən məlumat verildiyi kimi 18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev deyib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə  edilən dəyişiklik iyulun 1-dən qüvvəyə minir.

O qeyd edib ki, test rejimi müddətində yeni sxem üzrə hərəkət edən avtobusların sayı 23-dən 31-ə qədər artırılacaq. Sonralar isə bu say sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir