Modern.az

Xəzərdə batan gənclərdən birinin meyiti tapıldı - Yenilənib

Xəzərdə batan gənclərdən birinin meyiti tapıldı - Yenilənib

30 İyun 2017, 20:01

Bakıda dənizdə batanlardan birinin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

 

16:37

 

Bu gün Xəzər dənizində 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?