Modern.az

Pedro Aqramunt oktyabra qədər AŞPA sədri qalacaq

Pedro Aqramunt oktyabra qədər AŞPA sədri qalacaq

30 İyun 2017, 18:40

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 158 deputatı assambleyanın prezidentinin istefası haqqında təkliflə çıxış edib.

 

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı həlledici səsvermə oktyabrın 9-da keçiriləcək.

Qətnamədə qeyd edilib ki, AŞPA prezidentinin davranışı təşkilatın nüfuzuna ciddi ziyan vurur və imicinə xələl gətirir.

 

 

Qeyd edək ki, P.Aqramunt bu vəzifəyə 2016-cı ildə, lüksemburqlu Ann Brasseri əvəz etməklə seçilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu