Modern.az

Sumqayıtda yaşayış binası yandı - 8 sakin təxliyyə olunub

Sumqayıtda yaşayış binası yandı - 8 sakin təxliyyə olunub

30 İyun 2017, 18:48

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

 

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.

 

 

Yanğın zamanı 1 nəfər xəsarət almış, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu