Modern.az

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün büdcəsini müzakirə edir

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün büdcəsini müzakirə edir

13 Noyabr 2009, 14:39

Bu həftə Milli Məclis son aylarda görünməmiş gərginliklə işlədi. Ayda bir neçə dəfə zorla iclas keçirən deputatlar bu dəfə beş günün dördünü parlamentə yığışmalı oldular. Bu müddət ərzində millət vəkilləri “Azərbaycan Respubikasının 2010-cu il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələri yekunlaşdırdılar.
Noyabrın 13-də isə Milli Məclis “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirələrinə başlayıb.
Modern.az xəbər verir ki, iclasda çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsində mədaxil və məxaricini eyni olduğunu və 1775721,621 manat təşkil etdiyini bildirb.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edib. O, bildirb ki, 2010-cu ildə ölkədə doğulan uşaqların 152 min nəfər olacağı, doğulan uşağa görə verilən müavinətin 50% artırılaraq, 75 manata çatması, pensiya sistemini müxtəlif səbəblərə görə tərk edənlərin sayının 43 min nəfər olacağı, pensiyaçıların orta illik sayının 16 min nəfər artacağı proqnozlaşdırılır.
Daha sonra millət vəkilləri Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi barədə fikirlərini bildirblər.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı