Modern.az

Məktəbdə müəllimənin telefonunu oğurladılar

Məktəbdə müəllimənin telefonunu oğurladılar

Aktual

3 İyul 2017, 00:43

Bakıdakı şahmat məktəblərindən birində oğurluq hadisəsi baş verib. Modern.az Lent.az-a istinadən  xəbər verir ki, Nəsimi rayon sakini, 1994-cü il təvəllüdlü Mehdiyeva Şəmxs Əşrəf qızı polisə müraciət edərək bildirib ki, işlədiyi şahmat məktəbində telefonu oğurlanıb. Onun sözlərinə görə, Sarayevo 12 ünvanında yerləşən şahmat məktəbinin sinif otağında telefonunu masanın üstünə qoyaraq sanitar qovşağa gedib. Geri qayıdanda isə 23 yaşlı müəllimə “Sony X Peria” markalı telefonunun oğurlandığını görüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?