Modern.az

Yunanıstan Türkiyə gəmisinə açılan atəşə aydınlıq gətirdi - Yenilənib

Yunanıstan Türkiyə gəmisinə açılan atəşə aydınlıq gətirdi - Yenilənib

3 İyul 2017, 22:40

Yunanıstanın sahil mühafizəsi Türkiyə bayrağı altında üzən gəmiyə açılan atəşə aydınlıq gətirib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sahil mühafizəsi narkotik vasitələrin daşınmasında şübhəli gəmini dayandırmaq üçün xəbərdarlıq atəşi açmağa məcbur olub.

Daha əvvəl Türkiyə mətbuatı, Egey dənizində Türkiyə bayrağı altında üzən gəmiyə Yunanıstan sahil mühafizə katerləri tərəfindən atəşə məruz qaldığı haqda məlumat vermişdir.

 

19:00

 

Egey dənizində Türkiyə bayrağı altında üzən gəmi atəşə tutulub.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstan sahil-mühafizə xidmətinin gəmisi Türkiyə bayrağı altında üzən yükdaşıyan gəmiyə xəbərdarlıq atəşi açıb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir