Modern.az

Onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir - FAYDALI MƏSLƏHƏT

Onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir - FAYDALI MƏSLƏHƏT

3 İyul 2017, 23:09

Xərçəng xəstəliklərinin Beynəlxalq araşdırmalar mərkəzinin alimlərinin qənaətinə görə bütün onkoloji xəstəliklərin üçdə bir hissəsinin səbəbi düzgün qidalanmama ilə bağlıdır. Mütəxəssislər qeyd ediblər ki, onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Xərçəngin profilaktikası üçün meyvə və tərəvəzlər gündəlik olaraq qida rasionuna daxil edilməlidir. Hər gün 400-500 qram meyvə və tərəvəzdən istifadə etməklə mədə, bağırsaq və sidik kisəsinin xərçəng xəstəliklərinə tutulma riskini iki dəfə azaltmaq olar.

Yağlılıq dərəcəsi az olan süd və süd məhsulları xərçəng xəstəlikləri ilə mübarizə aparan qidalar sırasındadır. Bu məhsulların tərkibində olan kalsium orqanizmi xərçəngdən qoruyur.

Alimlər profilaktika üçün sutka ərzində100 qramdan artıq olmamaq şərtilə quş və mal ətindən istifadə etməyi tövsiyə edirlər. Ət məhsullarından qızardılmış formada istifadə etmək məsləhət görülmür.

Xərçəngdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri də gün ərzində ən azı 2 fincan yaşıl çay içməkdir.

Alimlərin qənaətinə görə onkoloji xəstəliklərin profilaktikasında bitki yağlarına üstünlük verilməlidir. Xörəklər və müxtəlif salatlar hazırlanarkən bitki yağlarından, xüsusilə də zeytun yağından istifadə edilməlidir.

Xərçənglə mübarizədə müntəzəm olaraq sarmısaq, soğan və göyərtilərdən istifadə etmək müsbət nəticə verir.

 

Onkoloji xəstəliklərdən qorunmaq üçün aşağıdakı qidalardan imtina edilməlidir:

Yağlı ət və ət məhsulları

Hisə verilmiş, qızardılmış, duza qoyulmuş, konservləşdirilmiş ərzaqlar

Alkoqollu içkilər

Yağlı pendir, kərə yağı

Un qənnadı məmulatları

Xərçəng xəstəliklərinə tutulma riskini azaltmaq üçün kalorili qidalardan imtina edil

məlidir.

Belə düşünmək olar ki, müasir dünyamızın bəlasına çevrilən onkoloji xəstəliklərdən uzaq olmaq üçün insanın özündən də çox şey asılıdır. Sadəcə qazanılan pulu xərçəngin dostlarına yox düşmənlərinə xərcləmək lazımdır.



İlham Cəmiloğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir