Modern.az

Texniki Universitet: “Öldürülən gənc bizim tələbəmiz deyil”  

Texniki Universitet: “Öldürülən gənc bizim tələbəmiz deyil”   

Aktual

4 İyul 2017, 09:50

Bakının Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

 

Belə ki, Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb və yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

 

Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Yerli media S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğunu yazıb.

Azərbaycan Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev isə Modern.az-a açıqlamasında bildirib ki, universitetin bu adlı tələbəsi yoxdur:

“Hazırda universitetdə Mehdiyev Samir Azi oğlu adlı tələbə yoxdur”.

 

Günay RƏSULQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?