Modern.az

Novxanı-Pirşağı yolunda hərəkət məhdudlaşdırılacaq

Novxanı-Pirşağı yolunda hərəkət məhdudlaşdırılacaq

Aktual

4 İyul 2017, 10:38

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə sabah səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.

 

Modern.az “Azəravtoyol”un mətbuat xidmətinə isitnadən xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

 

"Azəravtoyol" ASC  təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

 

Qeyd edək ki, sözügedən körpü Novxanı- Pirşağı  avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı