Modern.az

Ölən tələbə haqda yeni məlumat - Memarlıq və İnşaat Universitetindən AÇIQLAMA

Ölən tələbə haqda yeni məlumat - Memarlıq və İnşaat Universitetindən AÇIQLAMA

Aktual

4 İyul 2017, 10:53

Bakının Nəsimi rayonunda ölüm hadisəsinin baş verdiyi barədə xəbər yayılıb.

Bildirilir ki, Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb və yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. O da qeyd edilir ki, həkimlər S.Mehdiyevin həyatını xilas edə bilməyiblər.

Yerli media S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğunu yazıb.

Lakin Texniki Universitet bunu təkzib edib. Məlum olub ki, Mehdiyev Samir Azi oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva Modern.az-a açıqlamasında  bunu təsdiqləyib:

“Mehdiyev Samir Azi oğlu universitetin inşaat fakültəsinin ikinci kurs tələbəsidir. O, ikinci kursu bitirib üçüncü kursa keçib. Lakin onun döyülərək öldürülməsi yalandır. Mehdiyev Samir Qusarda avtomobil qəzasında ölüb”.

Günay RƏSULQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı