Modern.az

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ edildi

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ edildi

4 İyul 2017, 12:46

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.


Xəbərdarlıq


ETSN xəbərdarlıq edir ki, iyulun 5-i günün ikinci yarısından 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

İyulun 5-i gündüzdən 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, ayın 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8-də 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır