Modern.az

Ev sahibəsinin kartından pul oğurlayan kirayənişin saxlanıldı

Ev sahibəsinin kartından pul oğurlayan kirayənişin saxlanıldı

Aktual

4 İyul 2017, 12:35

İyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

 

Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, o, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.   

 

 

Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z.Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə ediblər. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Araşdırmalarla onun Sələh-oba kənd sakini Ruslan Hacımətov olması müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, R.Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq təmənnasız onun evində yaşayırmışlar. Həmin qadının hər ay təqaüd aldığını bilən onun bank kartının saxlanc yerini müəyyən edərək cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarmış, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoymuşdur.

 

Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlanması müəyyən edilmişdir.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

 

 

   Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı