Modern.az

Messi 2022-ci ilə qədər "Barselona"-da qalacaq

Messi 2022-ci ilə qədər "Barselona"-da qalacaq

Aktual

4 İyul 2017, 15:21

İspaniyanın “Barselona” klbunu 30 yaşlı argentinalı ulduz Lionel Messi ilə müqaviləni 2022-ci ilə qədər uzadıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə iyulun 15-dən qüvvəyə minir.

 

30 yaşlı futbolçu ilə “Barselona”nın müqaviləsi 2018-ci ildə başa çatırdı. Buna görə də, “Barselona” prezidenti Xosep Mariya Bartomeu Messinin atası Xorxe ilə şəxsən danışıqlar apararaq yeni müqavilənin şərtlərini razılaşdırıb.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?