Modern.az

“Astana Arqau”  türk musiqi festivalı - FOTOLAR  

“Astana Arqau”  türk musiqi festivalı - FOTOLAR  

Aktual

4 İyul 2017, 17:59

Düz 10 ildir ki, Avrasiyanın ürəyi Astana şəhərində hər il iyul ayının  birinci həftəsində “Astana Arqau”  musiqi festivalı keçirilir. Bu festivalda  türk dünyasının musiqi alətləırində ifa edən sənətkarlar və musiqi ustaları iştirak edərək öz məharətlərini göstərirlər. Dünyanın hər yerində yaşayan türklər bu festivala dəvət alır. Festivalda Formaca bir –birinə bənzəməsələr də, mahiyyətcə bir birinə bənzəyən musiqi alətlərinin bir paradı nümayiş olunur.  Şaman duaları, virtuoz ifalara,  xomus, kan qobız, şan qobız, boğaz səsləri, epik mahnılar, lirik mahnılar – türk dünyasının əsrarəngiz musiqiləri bir-birinə səs verir.

Artıq bir neçə ildir ki, festivalın adı böyük tablolar və dəvətnamələrdə, proqramlarda  qədim türk runi əlifbasının şriflərinə uyğunlaşdıraraq yazılır. Bu birlik təşəbbüsləri,  kökü unutmamaq, qədim əlifbaya bağlılıq - hamısı Qazaxıstanın prezidenti Nursultan Nazarbayevdən gəlir. 

Ənənvi Türk xalqlarının musiqisi festivalında bu il Azərbaycan, Qazaxıstan, İran,Rusiya, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan... gəlmiş sazl-ısözlü  incəsənət ustaları iştirak edirdilər.

... Milli Opera və Balet  teatrı “Astana Opera”da qurulan səhnədə qədim türkün mədəniyyətini əks etdirən, Qazaxıstanda təşəkkül tapmış türkçülük motivlərini özündə cəmləyən qədim şöl mədəniyyətini –özündə birləşdirən bir səhnə quraşdırılmışdı.  Monqolustan, Sibir, Altay  çöllərində  Tanrıya ibadətdə  dayanan daş adam görüntüləri,  bir daha yaddaşımızı oyadıb deyirdi ki, Türklər Tanrıya qul olmaq üçün deyil, ona əsgər, sərkərdə olmaq üçün gəlib dünyaya. Ayaqda dayanan daşlar adi daşlar deyil, onlar   kim olduğumuzdan,hansı mədəniyyətə sahib olduğumuzdan,  necə yaşadığımızdan   həmin dövrdə yaşayan insanların bu dünyamıza  ərməğan etdikləri həyat tərzindən  xəbər gətirən kitablardır.

“Astana Argau” türk musiqisi festivalnda konsertin əvvəlindən sonacan  türk xalqlarının  hər birinin yaşam  tərzini və məişətini əks etdirən vizual görüntülərdə yayımlanan ağ çadır Ata yurdu rəmzi kimi,  naxışlar qədim mədəniyyətimizin  məktubu kimi çalınan musiqilərlə  bir həmahənglik  yaradırdı. İlk ifa Qazaxıstanın  “Turan” etno folklor ansamblından gəldi. Altaylarda, Sibir düzəngahlarında, Yaqutiyyədə(Yakutiya) yaşayan türk tayfalarının çöllərində, düzlərində gəzən külək səsini  qədim kobızda asta-asta  ətrafa yayırdı. Səhrada külək vıyıltısının səsi  sonra elə instrumental milli alətlərin müşaiyəti ilə haraya, hayqırtıya döndü. Elə bu hayqırtı işərisində bir-birinə boy verən  türk milli döyüş  formalarında olan batırlar səhnəyə gəldi. Türk döyüşçülərinin geyimində səhnəyə çıxan batırlar doğma Vətəni, türk ellərini hər zaman qorumağa hazır olduqlarını göstərdilər.

Hörmətli qonaq kimi ilk söz Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədova verildi. Diplomat türk xalqlarının ruhunu, keçmişini, birliyini , eyni kökdən olmasını əks etdirən musiqi festivalını dəyərləndirərək dedi ki,  Milli Opera və Balet teatrında səslənən musiqilər bizi üç min il əvvəlimizə apardı. Türk Musiqisi Festivalı operanın  divarlarına bir sehr gətirdi. Burada eşitdiklərimiz, dinlədiklərimiz bizim ümumi dəyərlərimizdir. Belə tədbirlər bizi bir-birimizə daha da yaxınlaşdırır”.

İran İslam Respublikasının Qazaxıstandakı Fövqqəladə səfiri Muştabə Dəmirçioğlu “Musiqini birləşmək dili” adlandırdı. Dünyanın harasında olursa olsun, hətta bir-birinin dilini anlamayanlar, bir-birinin musiqiqilərini dinləyirlə,.-deyə tədbir iştirakçılarına müvəffəqiyyət arzuladı.

Babamız Dədə Qorqud sazı ilk dəfə əlinə alanda sinəsinə sıxmışdı. Türk tayfalarndan olan musiqili qonaqların hər biri öz tayfalarına məxsuz sazlarını sinələrinə sıxıb bir solo çaldılar.  Simlərin səsindən  ətrafa yayılan ahəngdən sonra bir daha əmin olursan ki,ürəkdən su içdiyinə görə sazın yeri elə ürək başıdır. Və ürəkdən saza söykənənlər  elə ürəklərə və tuha hakim ola bilirlər.

Altaydan gələn Çeyneş Baytuşkina sinəsindəki kövrək sazı ilə həm  gecə gündüz vətənində dinlədiyi quşların səsini çıxardı,  həm də Altaylara məxsus boğaz  mahnıları oxudu.  Öz tayfasının təbiətlə necə həmahəng yaşadığını mahnılarında təsvir etdi.

Milli qazax paltarında Qulmira Sarina elə paltarına yaraşan dombrası ilə müşaiyət etdiyi nəğməsində türk ellərini öydü. Cənubi Azərbaycanın Zəncan vilayətindən gəlmiş avşar türkü Mənuçöhr Nəcəfi sazı sinəsinə basıb, bir “Ruhani” havası çaldı ki, gəl görəsən. Onun bu yanqılı çalğısındakı  türk ellərinin ayrılıq həsrəti acıtdı dinləyiciləri. 

Mangistaudan gəlmiş Akmaral Yerimbetova  milli paltarında bir bəzəkli maral kimi çıxdı səhnəyə. Elə ilk avazında alqışlarla qarşılandı. Tanrı ancaq sevdiyi bir bəndəsinə bu gözəllikdə səs verib, səsini özünə, özünü səsinə yaraşdırarmış. Onun səsi Xəzər dənizinin dalğalarından , Mangistaunun səhralarında  əsən küləklərdən pay almışdı, desəm inanın ki, yanılmıram. Başqırdıstandan gəlmiş Nurqali Kayıkberdinin neyinin səsi ,Bolat Təkişevin “Akkız” deyib  oxuduğu mahnısına qarışdı. 

Sonra da bizim Vətənimiz Azərbaycandan Beynəlxalq Türk Mədəniyyəti İrsi fondunun dəstəyi ilə festivala  gəlmiş--  trio Arslan və Nurlan Növrəsli qardaşları, Kamran Kərimov bir “Şüştər başladılar ki, gəl görəsən.  İfa etdikləri musiqi, Arslanın səs tembri, səsi ilə etdiyi gəzişmələr dinləyiciləri valeh etdi, 9 dəqiqə 30 saniyəlik musiqi nömrəsi sona çatanda , alqışlar getdikcə çoxaldı. Bu gecə ən çox alqış aparan “Şüştər” təsnifi oldu. Qırğızstandan gələn Nazira Tokanova Qızılgülü tərif edti , səsi bülbüllərin cəhcəhini xatırlatdı. Özbəkistandan gəlmiş Məhəmməd Eşbayevin  nəsihət dolu “Olmaz ey...” mahnısı aşığın türk elində necə böyük səlahiyyətə, sözə malik olmasını bir daha xatırlatdı. Elə o da el içində ədəbli gəzməkdən, yalandan, haramdan uzaq olmaqdan öyüd etdi.

Nahaq yerə deməyiblər ki, Tanrı yaratdığı hər qazaxın köksünə bir parça musiqi, bir parça səs də qoyub.

Makpal Manasbayeva, qopuzunda ,Serik Jaxsıkulov   “Nağıl sözündə” bir neçə bənd ilə  elə bil bir dastan oxudu elə bil.

Astana şəhərinin 19 yaşı  ərəfəsində paytaxtda keçirilən “Astana Arqau” festivalı təkcə türk ellərinin deyil, həm də bu arealda yaşayan musiqi ilə insanların dostluğuna dəyər verənlərin bayramı idi. Təki həmişə mahnı olsun, şadlıq olsun.

 

Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var