30 iyun - 2 iyul tarixləri arasında Xorvatiyanın Umaq şəhərində karate üzrə yeniyetmə və gənclər arasında Dünya kuboku yarışı keçirilib. Azərbaycan idmançıları Gənclər və İdman Nazirliyi Azad Rəhimovun və millət vəkili Ülvi Quliyevin dəstəyi ilə yarışda iştirak edib.
Modern.az xəbər verir ki, Umaq şəhərində keçirilən karate üzrə Dünya Kubokunda 64 ölkədən 2059 idmançı iştirak edib.
Yarışda Azərbaycan idmançıları 2 gümüş və 2 bürünc medal qazanıblar.
Yeniyetmələr üzrə Ağayev Fərid 52 kq-da 3-cü yer, gənclərdən Teymurova Fidan 48 kq-da 2-ci yer və Məmmədov Müseyib 55 kq-da 2-ci yer, 14 yaşa qədər idmançılar arasında Savadov Fərid 40 kq-da 3-cü yeri tutublar.
Yarışı Karate Federasiyanın rəhbəri Yaşar Bəşirov, yığmanın baş məşqçisi Anar Allahverdiyev, Qurban Tağıyev izləyiblər. Bundan başqa, iki azərbaycanlı hakim də yarışa qatılıb. Onlar Vüqar Kərimov və Cahangir Babayev. Hakimlərin Dünya Karate Federasiyaından lisenziyaları var.
Qafar Ağayev