Modern.az

Daha bir nəfər Kür çayında boğuldu  

Daha bir nəfər Kür çayında boğuldu   

6 İyul 2017, 10:00

Kür çayında növbəti faciə baş verib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat