Modern.az

Meydana qara sarğı ilə çıxan  "Zirə" qələbə qazandı

Meydana qara sarğı ilə çıxan  "Zirə" qələbə qazandı

Aktual

6 İyul 2017, 23:19

Bu gün UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində komandalarımız cavab görüşlərini keçirib. Modern.az xəbər verir ki, "Zirə" komandası səfərdə Lüksemburqun "Differdanj" klubu ilə qarşılaşıb. Oyunun 11-ci dəqiqəsində rəqib komandanın oyunçusu Vandenbroeck hesabı açıb.  

"Zirə"nin oyunçusu Manga 64-cü dəqiqədə hesabı bərabərləşdirib. 68-ci dəqiqədə isə Qadze "Zirə"ni hesabda önə çıxarıb. Oyun "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tarixində ilk dəfə avroliqada çıxış edən "Zirə" ilk qarşılaşmada da rəqibdən 2:0 hesabı ilə üstün olmuşdu. İki oyunun nəticəsinə görə rəqibi 4:1 hesabı ilə məğlub edən "Zirə" növbəti mərhələyə vəsiqə qazanıb. 

Onu da bildirək ki, “Zirə” futbol komandası Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburda “Differdanj” komandası ilə cavab matçına qara sarğı ilə çıxıb. Paytaxt klubu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar olaraq belə bir addım atıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!