Modern.az

Deputat nazir müavinini məhkəməyə verəcək

Deputat nazir müavinini məhkəməyə verəcək

13 Noyabr 2009, 17:17

2010-cu il yaşayış minimumu orta hesabla 87 manat məbləğində olacaq. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 97 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün isə 72 min manat təşkil edir.

Deputat Fazil Mustafa bildirib ki, 87 manat olduqca aşağı rəqəmdir, rellığı əks etdirmir: “Aparıcı ölkələrdə istehlak səbəti 2500 kkal ilə, bizdə 2300 kkal ilə hesablanır. Yoxsulluq həddinin artması ilə qiymətlərin artması ilə eyni deyil”.

Əli Məsimli bildirdi ki, yaşayış minimumu istehsak səbəti və məcburi ödənişlərin cəmindən ibarətdir. Tək istehlak səbəti 130 manatdan çoxdur.

Pənah Hüseyn dedi ki, ehtiyac meyarı bir anlayış və istinad kimi ləğv edilməlidir. “Ötən il 210 milyon manat miqdarında ünvanlı sosial yardım verilib. Bu kredit-filan deyil. Nəğd puldur.  210 milyon manat heç kimin ata-baba mülkiyyəti deyil, dövlət büdcəsiin vəsaitidir və şəffaflıq qorunmalıdır. O məbləğin ən azı 50 faizi oğurlanır. Niyə neçə illərdir bu məsələyə aydınlıq gətirməkdən çəkinirlər”.

Əmək və əhalinin sosial müdafiəsi naziriin müavini İlqar Rəhimov  dedi ki, üç ildən artıqdır ünvanlı yardım verilir: “Bu müddət ərzində milyonlarla insan bu yardımdan bəhrələnib və öz sosial vəziyyətini yaxşılaşdırıb. Hazırda  150 min ailə, yəni 700 minə yaxın insan bu yardmı alır. Belə çıxır ki, 75 min ailənin yardımı yeyilir. Ağlasığımaz bir faktdır. Necə mexanizm tətbiq etmək lazımdırki, bu qədər pul ünvanına çatdırılmasın? Bu üç il ərzində sistemin təkmilləşdirilməsi üçün xeyli işlər görülüb. Yardımın alınması vaxtı 1 ilə qədər uzadılıb, kompüter şəbəkəsi tətbiq olunub. Dünya Bankının apardığı araşdırmya görə, 90 faiz ünvanlılıqla nəticələnib. Fikrimiz var ki, ünvanlı yardım alan şəxslərin siyahısını həm İnernetdə, həm də yerli oranlara açıqlayaq.  Sadəcə, beynəlxalq praktika göstərir ki, bu addımı atsaq, insanalrın haqqını tapdalamış olacağıq. Monitorinq göstərib ki, 80 faizi adlarının açılmasının əleyhinə çıxış ediblər”.
Nazir müavini axırda  dedi ki, Pənah Hüseyn ünvanlı sosial yardım verilməsini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böhtan atır.

Pənah Hüseyn də onun çlxışını özünə qarşı təhqir kimi qəbul etdi və nazir müavinini məhkəməyə verəcəyini söylədi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub