Modern.az

Türkiyədə universitet qalibi olan azərbaycanlı bacılar media qarşısına çıxdılar  

Türkiyədə universitet qalibi olan azərbaycanlı bacılar media qarşısına çıxdılar  

7 İyul 2017, 12:50

Bu gün Bakıda Türkiyənin Bahçeşehir universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzun bacılar -  Günel və Xeyransa Musayevaların uğurları ilə bağlı mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda BAU birincisi, "Altın beyin" mükafatının sahibi Günel Musayeva və universitet 3-cüsü Xeyransa Musayeva ilə yanaşı, Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın, BAU Qlobal başqan müavini Serdar Şenel, İqtisadi, İdarəetmə və Sosial Elmlər fakültəsi dekanı Necib Çakır, Beynəlxalq Ofis Direktoru Erbay Şirin də iştirak edib.

 

Konfransda BAU rektoru Prof. Dr. Şenay Yalçın, BAU-nun tələbələrə hər zaman dəstək olmasından və bunun nümunəsi olaraq azərbaycanlı məzunların uğurlarından söz açıb.

 

"Bir tələbənin başarılı olması həm onun özündən, həm də təhsil aldığı universitetdən aslıdır. Bahçeşehir Universitetində tələbələrin uğurlu nəticə əldə etməsi və yüksək səviyyədə təhsil almaları üçün böyük imkanlar var. BAU 3 qitə, 8 ölkə, 5 universitet, 4 dil məktəbi, 5 akademik mərkəz ilə Türkiyənin təhsil sahəsində dünya markası olan BAU Global-ın bir üzvüdür. Bu beynəlxalq şəbəkə, tələbələrə yüksək təhsil imkanı verir və dünyanın hər yerindən tələbə qəbul edir.

Universitetimizin xarici tələbələri arasında azərbaycanlılar üstünlük təşkil edir. Məzunlarımız Günel və Xeyransanın uğurundan qürur duyuruq”.


Rektor həmçinin bildirib ki, Bahçeşehir Universiteti bu ildən Dövlət İmtahan Mərkəzinin (DİM) kiçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək.

“Bahçeşehir Universiteti Heydər Əliyev adına təqaüd proqramı əsasında üç il boyunca 12 tələbəyə təqaüd verib. Bu il isə DİM-in keçirdiyi imtahandan 650 və daha yüksək bal toplayan abituriyentlərə təqaüdlər veriləcək”.

 

Tədbirdə çıxış edən Günel və Xeyransa Musayevalar da Füzulinin Alxanlı kəndində körpə Zəhranın qətlə yerilməsini vəhşilik adlandırdırdılar.

Yüksək nəticə əldə edən məzunlar uğurun təsadüfü olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək, onlara dəstək olanlara təşəkkür ediblər.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!