Modern.az

Necdət Ünüvar: “Avropa Parlamenti Türkiyəyə qarşı qərəzli qərar qəbul etdi”  

Necdət Ünüvar: “Avropa Parlamenti Türkiyəyə qarşı qərəzli qərar qəbul etdi”  

7 İyul 2017, 13:06

Ötən gün Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan  Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Necdət Ünüvar Avropa Parlamentinin bu qərarını qərəzli adlandırıb.

 

“Avropa Parlamentinin qətnaməsi subyektiv və reallığa əsaslanmayan, tamamilə siyasi bir qərardır. Qərar Türkiyəyə qarşı qərəzli hökümlər ehtiva edir. Belə bir qərarın qəbul edilməsi əsla mümkün deyil və çox yanlış bir sənəddir. Demək ki, bəzi dövlətlər Türkiyənin inkişaf etməsini qəbul edə bilmir”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir