Modern.az

Deputat ATƏT PA-da dünyadakı  iqtisadi problemlərdən danışdı

Deputat ATƏT PA-da dünyadakı  iqtisadi problemlərdən danışdı

7 İyul 2017, 13:15

Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasında (PA)  nümayəndə heyətinin üzvü Kamran Nəbizadə  qurumun İqtisadi əlaqələr, elm, texnologiyalar və ətraf mühit məsələləri üzrə daimi komitəsinin iclasında çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat çıxışı zamanı müxtəlif ölkələrin inkişaf səviyyəsinin aşağı, maliyyə imkanlarının məhdud olmasının bu ölkələrdə elmi nailiyyətlərinin azalmasına, həmçinin bunların  öz növbəsində həmin dövlətlərdə sosial və iqtisadi problemlərinin çoxalmasına gətirib çıxardığını deyib.

 

“Bu isə ümummilikdə dünyada baş verən neqativ proseslərə təkan verə bilər. İnkişaf etmiş ölkələrdə elmi-texnoloji yeniliklər istehsal sahəsinin modernləşdirilməsinə xidmət edir. Bu da son nəticədə insanların yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olur. İnkişaf etməkdə olan ölkələr isə bu yeniliklərə sahib olmadığından bir sıra problemlərlə üzləşirlər. Həmin ölkələrdə insanların həyat səviyyəsi aşağı düşür, senayə və kənd təsərrüfatının inkişafı ləngiyir, qida problemi yaranır və s. Bu tendensiya Afrika qitəsində xüsusilə kəskin hiss olunur. Lakin bu tendensiyalar Avropa və Asiyanın bir sıra ölkələri üçün artıq əlamətdar prosesdir”.

 

Daha sonra nümayəndə heyətinin üzvü iqlim dəyişiklikləri və bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunan müzakirələrdə iclas iştirakçılarına bu sahədə Azərbaycanda uğurla aparılan işlər və gələcəkdə icrası nəzərdə tutulan proqramlar haqqında məlumat verib.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?