Modern.az

Təcavüzkarı dayandırın! - BƏYANAT  

Təcavüzkarı dayandırın! - BƏYANAT   

7 İyul 2017, 13:33

“Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyi dəFüzuli rayonunun Alxanlı kəndində işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“25 ildən artıq müddətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu müddət ərzində Azərbaycan Respublikası ərazilərinin işğalı zamanı azərbaycanlı dinc sakinlərə qarşı düşünülmüş soyqrımı siyasəti aparılır. Tarixi saxtalaşdırmaq məqsədi ilə həmin ərazıilər yandırılaraq dağıdılır, Azərbyacan xalqına məxsus milli, dini və əsrlər boyu yaradılmış mədəni dəyərlər məhv edilir.


İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Bu təxribat Ermənistan dövlətinin işğalçı və terrorçu mahiyyətini bir daha sübut edir.


Münaqişə zonasına yaxın yerləşən Azərbaycan  kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər.


Təəsüflər olsun ki, bu günə kimi BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi yerinə yetirilməyib.


Biz münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarla bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq.


Balaca Zəhranın ölümü bütün bəşəriyyətin faciəsidir. Bu gün Azərbaycanda və digər müharibə gedən dövlətlərdə balaca Zəhraların ölümü ilə nəticlənən poseslərə dur demək əvəzinə, kütləvi insan qırğını ilə müşayət olunan hadisələrə dəstək verənlər anlamalıdırlar ki, hal-hazırda baş verən proseslər təkcə insanların deyil, bütün yer kürəsinin məhvinə gətirib çıxara bilər. Nə qədər ki, gec deyil gəlin hamımız birlikdə “İşğala STOP”, “Təcavüzə STOP”, “Terrora STOP”, “Müharibələrə STOP” deyə səslənək.


Zəhralar ölməsin deyə səslənək, bütün bəşəriyyətə səslənək!


Başın sağolsun dünya! Səndən arzuları çiçək açmamış bir körpə köçdü. Sənin olan, lakin sənin qoruya bilmədiyin körpənin ruhu naminə, sənə səslənirəm:


TƏCAVÜZKARI DAYANDIRIN!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir