Modern.az

Bu deputatlar xaricdə istirahətdən imtina etdilər: “Öz yerlərimizə nə gəlib”  

Bu deputatlar xaricdə istirahətdən imtina etdilər: “Öz yerlərimizə nə gəlib”   

Aktual

7 İyul 2017, 14:04

 Qanunvericiliyə əsasən, Milli Məclisin deputatları bu ilin iyulun 15-dən sentyabrın 1-ə qədər rəsmi qaydada məzuniyyətdə olacaqlar. Maraqlıdır, görəsən Milli Məclisin deputatları arasında istirahətdən imtina edən olacaqmı? Onlar məzuniyyəti harda keçirmək haqda düşünürlər?

Modern.az saytı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli avqustda müalicə almaq üçün ailəsi ilə birlikdə Şimali Qafqaza gedəcək.

“O vaxt mənə Bakıdan bağ verirdilər, imtina etdim. Çünki mənim İsmayıllıda evim var. Düşündüm ki, bu mənim üçün artıq olar. Həmçinin mənə ev verilən zaman da onun yarısından imtina etdim. Ona görə də imkan olarsa, istirahətimi Ağsuda, Şamaxıda və İsmayıllıda keçirəcəm”.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı istirahət etmək üçün Oğuz və Qəbələni seçəcək.

“Mən istirahətimi Qəbələdə və Oğuzda edəcəm. Bildiyiniz kimi, mən bu iki rayonun da deputatıyam. Oğuza həm gedəcəm anamı görməyə, həm də ailəmlə, nəvələrimlə istirahət etməyə. Düşünürəm ki, istirahət etmək üçün ən yaxşı yer elə ölkəmizdi. Həmçinin, istirahət zamanı seçicilərimlə də görüşlər keçirəcəm. Onların bir çox problemlərini dinləyəcəm. Bir çox yarımçıq qalmış məqalələrimi tamamlamağa çalışacam. Səhhətimlə əlaqədar 10-15 günlük müalicə də alacam. Xaricdə istirahət etmək barədə isə heç nə düşünmürəm. Mənə elə gəlir ki, istirahət etmək üçün ən yaxşı yer ölkəmizdir. Həm mətbəximiz zəngindir, həm də insanlarımız çox qonaqpərvərdir”.

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, istirahətini ailəsi ilə birlikdə müxtəlif rayonlarda keçirəcək.

“Həmçinin bu müddət ərzində bir çox şəxslərlə görüşəcəm. Seçicilərimlə də istirahət vaxtlarımda görüşlər keçirməyi planlaşdırmışam”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov telefon zəngimizi açar-açmaz dedi ki, “imkan verin istirahətimizi edək”.

“Hazırda Qubadayam. Dostlarımla birlikdə istirahət edirəm. İstirahət müddətini hər zaman olduğu kimi, bu dəfə də dostlarım və ailəmlə Qubada, Qusarda keçirəcəm”.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi